İran

İrəc Hərirçi:” koronavirus qurbanlarının sayı artıb”

İranda gündəlik ölümlərin yüzdə 25-i koronavirus mərizliyi ilə bağlıdır. Bu barədə İranın Sağlamlıq vəzirinin müavini İrəc Hərirçi açıqlama verib. Qeyd edək ki, onun bu yaxınlarda açıqladığı faiz və aamar, iki həftə öncə söylədiyi təxminlərdən daha yüksəkdir. Məlumata görə, iki həftə öncə İranda rəsmi ölüm sayı 179 nəfər olub. Habelə ölkədə gündəlik ölüm sayının “beşdə biri” Covid-19 mərizlərinə aid olub. O, habelə ölkənin ustanlarındakı vəziyyətinə də işarə edib. “Ustanların bir çoxu “qırmızı vəziyət”dədir. Ancaq “əsas faciə Tehranda baş verib. Tehran mərizlərin və ölümlərin aamarına görə üçüncü sıradadır” deyə, o əlavə edib. Bildirilib ki,Tehran ustanı koronavirusun isfənd və fərvərdin aylarındakı durumuna qayıdıb.

Related Articles

Bir cavab yazın

Back to top button