Dünyaİran

İranın kabusa bənzər gəmiləri və müəmmalı nəft sadiratı

Çin yaydığı rəsmi amarında ardıcıl olaraq beşinci aydır ki, İrandan, hətta bir boşqa nəft almadığını iddia edir. Çin gömrüyü juənin 20-də yaydığı məlumatda may ayında İrandan hətta bir boşqa nəft varid etmədiyini bildirib.

Ancaq Enerji alanında çalışan müşavirə şirkətləri və nəft gəmilərini izlənməsi şirkətləri fərqli fikirlər səsləndirir. Onların fikrincə, İranın Çinə nəft sadiratı bu ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq günlük 650 min boşqaya çatıb.

“Nəft gəmi Trackers” kimi nəft gəmilərini izləyən müxtəlif şirkətlər isə bu rəqəmin bəzi aylarda günlük bir milyon boşqanı keçdiyini vurğulayır. “Reuters” və “Bloomberg” ajanslarının verdiyi xəbərə görə, İran nəfti Əraq, İmarat və Malezi nəfti adı altında Çinə daşınır.

Bundan başqa, “Deyli Meyl” uydu görüntülərinə istinadən İran gəmilərinin sayının iki dəfə artdığını qeyd edir. Müxtəlif qaynaqlar İranın 2016-cı ildə cəmi 66 nəft gəmisi olduğunu bildirir. Ancaq bu gəmilərin çoxu İranın müştərisiz qalmış böyük miqdarda nəftini depolamaq üçün istifadə olunur.

“Bloomberg”in bu yaxınlarda yaydığı məlumata əsasən, indi İranın Körfəzdə dayanmış gəmilərində 69 milyon boşqa qaz məyəanatı, qurudakı təsisatlarında isə 54 milyon boşqa nəft depolanıb.

“Deyli Meyl ” Nyu-Yorkda yerləşən “Atomlu İrana Qarşı Birlik” Təşkilatından əldə etdiyi uydu görüntülərinə istinadən xəbər verir ki, İran öz nəft gəmilərinin sayını iki dəfə artıraraq 123-ə çatdırıb.

Məlumata əsasən, bu nəft gəmilərin çoxu gəmiləri izləmək potensialı olmayan kiçik ölkələrdə qeydiyyata alınıb. İran bu gəmilərdə bayraqları tez- tez dəyişmək və navqan sistemini söndürməklə onların izini itirmək və nəfti qara bazarda sataraq son gedəcəyi adresə – Çinə çatdırmağa çalışır.

Uydu görüntüləri ötən ay içində bu gəmilər vasitəsilə azı 18 milyon boşqa İran nəftinin Güney Çin dənizinə tərəf daşındığını göstərir.

“Atomlu İrana Qarşı Birlik” bildirir ki, fevriyə ayında hər biri iki milyon boşqa nəft daşıma tutumu olan 20 İran nəft gəmisini aşkarlayıb və nəft gəmilərin qeydiyyata alındığı ölkələir ilə bimə şirkətlərinə xəbərdarlıq edib.

Əgər Çin gömrüyünün iddiaları doğru olsa, onda bu, o deməkdir ki, bu ölkə İrandan birbaşa nəft almayıb. Belə ki, İran təhrimlərə görə məcbur olub nəfti çox ucuz qiymətə Əraq, İmarat və Malezidən olan dəllallara satıb, onlar da onu son gedəcəyi adres – Çinə təhvil veriblər.

Bildirək ki, İran Çindən başqa Suriyaya da nəft göndərir. Ancaq İranın Suriyaya göndərdiyi nəft qarşılığında pul alıb-almaması bəlli deyil. Təhlilçilər bildirirlər ki, Tehran Əsəd rejiminə nəfti pulsuz verir. Halbuki, İranın daxilində nəft məhsullarına yüksək ehtiyac vardır. İran rejimi 1398-ci ilin aban ayında təhrimlərə görə yaranan iqtisadi basqıları bəhanə edərək benzinin qiymətini üç qat bahalaşdırıb. Bundan sonra millətin keçirdiyi etirazlarda İran rejimi 1500 vətəndaşı öldürüb.

Related Articles

Bir cavab yazın

Back to top button