Dünya

Ermənistanlı nazir: “Regional kommunikasiyaların mümkün qədər tez açılmasını istəyirik”

“Ermənistan kommunikasiyaların açılmasına hazırdır. Biz bunun mümkün qədər tez olmasını istəyirik”.

Aznewstv xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda tərəflərin suverenliyi qorunmaqla regional kommunikasiyaların açılması nəzərdə tutulur”.

Related Articles

Bir cavab yazın

Back to top button