Dünya

HƏRİRÇİ: “SƏFƏRLƏR KORONANIN YAYILMASINDA BÖYÜK ROL OYNAYIR”

Behdaşt vəzirinin baş müavini İrəc Hərirçi ölkə üzrə koronanın nümudarına əsasən, bu virusun artmasını təxmin edir. “Ən yeni sorğuda xalqda evdə qalmağa əngizə yüzdə 80-dan yüzdə 32-yə enib, bu isə bir faciədir. Korona üzrə münasib eniş gedişi var idi, amma xalqın və bir sıra ikinci səviyyəli məsul məqamların korona məsələsinə adi baxdıqlarına görə bu gediş artmağa başlayıb”, – deyə bildirib.
Hərirçi xurdad ayının 9-u tarixində bir televizyon bərnaməsində əlavə edib ki, “koronadan ölüm halları 50 nəfərdən aza enib, amma yenə artıb. Camaatın ictimai fasilə saxlamağa inanması yüzdə 90-dan yüzdə 40-a, koronadan gerçək qorxma yüzdə 70-dən yüzdə 34-ə və evdə qalmağa əngizə isə yüzdə 80-dən yüzdə 32-yə enib. Bu rəqəmlər bir faciədir. Kim evdən çıxırsa mask taxmalıdır və idarələr, qurumlar azından 1 metr fasilə saxlamanı mütləq tətbiq etməlidirlər. İdarələrin çoxunda münasib təhviə yoxdur, ona görə də qapalı məkanlarda münasib təhviyələr quraşdırılmalıdır. Koronavirus məsələsi zəyifləməyib. Səfər etmələr isə saat bombu kimidir və korona virusunu yayır, ümumi daşıma işləri, zəruri olmayan səfər etmələr korona mərziliyinin yayılmasında böyük rol oynayır.

Related Articles

Bir cavab yazın

Back to top button