İran

ALMANIN TEHRANDAKI SƏFİRİ NƏDƏ GÜNAHLANDIRILIR?

“Tehrandakı səfirimizlə Lubnanın Hizbullah qrupunun terorçu tanınması arasında heç bir irtibat yoxdur” Bu açıqlamanı Alman Xarici İşlər Vəzirliyi verib. Vəzirlik “Vatane emruz” qəzetinin Almanın Tehrandakı səfirinə qarşı “casusluq” ittihamı irəli sürməsini rədd edərək bildirib: “Almanın İrandakı səfiri ilə Alman Federal dövlətinin Daxili İşlər Vəzirliyinin Hizbullahı terrorçu kimi tanımaq barədə son təsmimi arasında heç bir irtibat yoxdur”.
Almaniya Daxili İşlər Vəzirliyi 11 ordibeheşt, cümə axşamı günü açıqlayıb ki, “Lubnanın Hizbullah qrupunu teror təşkilatı kimi tanıyır və bu yaraqlı qrupun bütün fəaliyyətləri Almanda qadağan edilib.
Almanın federal dövlətinin bu təsmiminə cavab olaraq, Tehrandakı “Vətəne emruz” qəzeti 11 ordibeheşt bazar ertəsi günü Almanın Tehrandakı səfiri Mixail Klor Berştoldu “sionist casusu” adlandırıb..
Qəzet yazıb ki, “Alman səfiri bu ölkənin İttilaat Sazmanının rəisinin keçmiş müavini olub və İsrail xüsusi servisi Mosadla yaxın irtibatı var Almanın Tehrandakı səfiri ilə cəzalandırılmasını istəyib. Bu qəzet, Alman dövlətinin Hizbullah qrupunu terrorçu kimi tanımasını “İran İslam Cumhuriyətinin mövqelərinə və milli mənafeyinə xarici təhdid adlandırıb.Vurğulayıb ki, Almanın Tehrandakı səfirinə qətiyyətli cavabın verilməsi bu cür gərginliyin təkrarlanmasının qarşısını almaq üçün İrandan bu ölkəyə güclü pəyam ola bilər

Related Articles

Bir cavab yazın

Back to top button