Dünyaİran

Iran rejimi uyğur türkünü həbs edərək Çinə təhvil verib

“Azad Asiya” radiosu bu barədə məlumat yayıb.

Məlumata görə, molla rejimi Çin vətəndaşı Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanına çatdıqdan sonra saxlayaraq sorğu-sual edib və sonra Çinə təhvil verib.

Məlumata görə, Çin hökuməti həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün onu 15 il həbs cəzasına məhkum edib.

Bildirilir ki, o, ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək qərarına gəlib və bu məqsədlə 2018-ci ildə İrana səfər edib.

Qeyd edək ki, Çin hökuməti Şərqi Türküstanda etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edib məcburi əmək düşərgələrinə sürgün edir.

Related Articles

Bir cavab yazın

Back to top button