Dünyaİran

Taliban: “Əfqanıstanlı qaçqınlar İrandan qovulur”

Taliban hökumətinin Miqrasiya Nazirliyinin müavini Əbdülrəhman Rəşid son bir ay ərzində İran hökumətinin 43 min əfqanıstanlı ölkədən qovduğunu açıqlayıb.

O, Əfqanıstan mediasına açıqlamasında bu barədə məlumat verib.

Rəşidin sözlərinə görə, eyni müddət ərzində 46 min əfqanıstanlı könüllü olaraq İranı tərk edərək Əfqanıstana qayıdıb.

Hazırda İranda 5 milyona yaxın əfqanısanlı qaçqın yaşayır və onların çoxunluğu ibtidai hüquqlardan məhrumdurlar.

Xüsusilə, son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bir müddət əvvəl İran-Əfqanıstan sərhəddində 11 yeniyetmə əfqanıstanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanıstanlının meyiti vətənlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button