Azərbaycanİran

6 aydır ki, güneyli fəalın körpəsinə kimlik sənədi verilmir

Güney Azərbaycan hüquqları üzrə fəal Murtəza Nurməhəmmədi bu barədə problemi KİV səviyyəsinə qaldırması səbəbindən hakimiyyətin təzyiqlərinə məruz qalıb.

Nurməhəmmədi 6 ay keçdiyinə rəğmən, körpəsinə azərbaycanca ad seçdiyindən hələ də ona kimlik sənədinin verilmədiyini deyib.

O, bu barədə yeni doğulmuş körpəsinə “Hunay” adı ilə daxili pasport verilməsinə Sofyan (farsca Sufian) rayonu VVAQ İdarəsinin qarşı çıxdığını bildirməklə insan haqları hüququnun təmin olunması məqsədilə həmin vaxt məsələni mediada irəli sürüb.

Bu səbəbdən ötən ilin avqust ayının 9-da telefon əlaqəsi qurulmaqla onun Şərqi Azərbaycan Əyaləti Sofyan VVAQ İdarəsinə gəlməsi tələb olunub.

Fəal idarəyə gedən kimi onu gözləyən İran hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Sonra Təbriz şəhəri Təhlükəsizlik İdarəsinə aparılıb.

İdarənin birnəfərlik kamerasında 80 gün həbsdə qaldıqdan sonra noyabr ayının 28-də zəmanət qismində mülk sənədi qoyulmaq şərti ilə açılmış işin istintaqı bitirilənədək müvəqqəti sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button