Azərbaycanİran

Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı

Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı. Hökumət bunun qrip virusunun yayılmasının qarşısını almaq məqsədi ilə edildiyini iddia edir

İran Təhsil Nazirliyi oktyabrın 25-də yaydığı məlumatda bir neçə bölgədə, xüsusilə Ərdəbil və Kürdüstan əyalətlərində universitet və məktəblərin bağlandığını bildrib.

Hökumət bunun qrip virusunun yayılmasının qarşısını iddia etsə də, məktəblərin bağlanmasının Məhsa Əmininin ölümünün 40-cı günündə çağrılan etiraz aksiyaları ilə bağlı olduğu ehtimal edilir.

Hər iki əyalətdə bir neçə şagird və yeniyetmənin öldürüldüyünə görə, bundan öncə bu əyalətlərdə oktyabrın 26-da geniş nümayişlərə çağırışlar edilib.

Related Articles

Bir cavab yazın

Back to top button