Azərbaycanİran

İranlı diplomat Azərbaycanı qərbpərəstlikdə ittiham etdi

Azərbaycan Respublikasının hökuməti sionist və qərb siyasətini həyata keçirir, Azərbaycan Respublikasının müsəlman xalqı yaxşı vəziyyətdə deyil, Əliyev hökuməti qərb siyasətini və təfəkkürünü təbliğ edir.

Bu sözləri İranın İtaliyadakı keçmiş səfiri Əbülfəz Zöhrəvənd “Şəbab Press” saytına müsahibəsində deyib.

O,  Azərbaycanda müsəlmanlar və şiələrə qarşı təzyiqlər barədə İran rəsmilərinin iddialarını təkrar edib, rəsmi Bakını dinə qarşı mübarizə aparmaqda, “İsrailin siyasətlərini tətbiq etmək”də  günahlandırıb.

Azərbaycanda şiələrin repressiyalara məruz qaldığını deyən Zöhrəvənd, əzadarlıq və dini mərasimlərin keçirilməsinə qadağalar qoyulduğunu söyləyib.

“Biz görürük ki, Azərbaycan hökumətinin İslam ölkələri ilə qardaşlıq əlaqələri yoxdur və sionist rejim Qəzzə və Rəfahda müsəlmanları qətlə yetirirdiyi bir vaxtda Azərbaycan hökumətinin sionist rejimə qarşı dəqiq bir mövq nümayiş etdirmir. İslam ölkələrinin Azərbaycan hökumətindən anti-islam və şiəlik siyasətinə son qoymasını və Azərbaycanda şiələrin saxlanması ilə bağlı izahat tələb etmələrini gözləyirik”,- İranlı diplomat deyib.

Qeyd edək ki, Əbülfəz Zöhrəvənd beynəlxalq məsələlər üzrə ekspert, İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və bu ölkənin İtaliyadakı keçmiş səfiridir.

O, bundan əvvəl Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əməliyyatları İran üçün təhlükə adlandırıb, Azərbaycanın qarşısını almaq üçün İran ordusunun Ermənistan ərazisinə keçməyə çağırmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button