Azərbaycanİran

​​Ana dili hərəkatının fəalı Əlirza Fərşi sürgünə göndərilir

Yenicə həbsdən çıxmış ana dili hərəkatının fəalı Əlirza Fərşi mayın 15-də yenidən Tehranın Evin həbsxanasında yerləşən "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.

Fərşinin yazdığına görə, məhkəmə nümayəndəsi Məhəmməd Mehrdadi ondan giriş məktubu ilə sürgün qərarının icrası üçün Xuzistan əyalətinin Bağməlik şəhərinin məhkəməsinə getməsini tələb edib.

Milli fəal məhkəmə nümayəndəsinin tələbinə etiraz etdiyini yazıb:

“3 il müddətində həbsdə, nəzarətdə oduğum üçün işləyə bilmədiyimi və bu müddət ərzində bütün imkanlarımın tükəndiyini dedim.

Tanımadığım şəhərdə heç bir vəsait və işim olmadan yaşamağın mümkün olmadığını bildirib, sürgün yerində hökumətin ən azından yatmağıma yer ayırmasını istədim. O isə sürgün həyatının belə olmalı olduğunu deyərək, mənə azadlıqda olduğum üçün şükür etməyimi məsləhət gördü”.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

#Azerbaycaninguneyi #ElirzaFersi

Related Articles

Bir cavab yazın

Back to top button