İran

Azərbaycanli fəal Əli̇ Vasi̇qi̇ zi̇ndana qayıdıb

Azərbaycanlı mədəni fəal Əli Vasiqi fərvərdin 2-də mürəxəsi müddətinin bitməsi nəticəsində Ərdəbilin Mərkəzi zindanına qayıtmalı olub. Qeyd edək ki, Əli Vasiqi 1399-cu ilin 25 isfəndində 50 milyon tümən vəsiqə qarşılığında 1 həftə müddətinə mürəxəsiyə göndərilib. Fəalın qardaşı Riza Vasiqiyə isə 16 isfənd tarixində 80 milyon tümən vəsiqə qarşılığında 1 həftəlik mürəxəsi icazəsi verilib. İsfəndin 23-də mürəxəsi müddətinin bitməsi ilə Ərdəbil zindanına qayıtmalı olub. Xatırladaq ki, Vasiqi qardaşları 1399-cu ilin 14 mehrində Ərdəbilin İnqilab və Təcdid Nəzər Məhkəməsi Birinci Şöbəsinin hökmü ilə 2 ilədək təziri həbsə məhkum ediliblər. Fəallar “şəbnamələr çap etdirmək”, “nizama qarşı təbliğ fəaliyyəti yolu ilə ölkənin milli əmniyyətinə qarşı cürm törətmək üçün əlbir olub ortaqlıq etmək” ittihamları ilə təqsirləndiriliblər. Azərbaycanlı fəallar Əli və Riza Vasiqi ötən ilin abanında Məhkəmə İcraçıları tərəfindən tutuqlanıblar. Onlar 2 il müddətinə həbs cəzalarını çəkmələri üçün Ərdəbilin Mərkəzi zindanına aparılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button