İran

İranın 30 milyon hektar ərazisi səhralaşır

Meşələr və su hövzələri İdarəetmə Təşkilatının yayınladığı rapora əsasən, İranın ərazilərinin təqribən 30 milyon hektarı səhralaşma riski ilə üzləşib. Bu ərazilərin yarısı isə böhran şəraitində olan səhra bölgələri olaraq tanınır.
Səhra ərazilərinin yüzdə 17.9-u kəvir, yüzdə 53.3-ü isə bitkisiz ərazilərə aiddir.
Rapora görə, İranda adambaşına düşən səhra yarım hektar təşkil edir. Bu da dünyada bir nəfərə 0.22 hektar ərazi deməkdir. Bütövlükdə dünyada quru sahənin yüzdə 1.2-i, bitkisiz səhraların yüzdə 2.4-ü İrana aiddir. İran ərazisinin yüzdə 61-i isə quru iqlim sahəsidir

Related Articles

Bir cavab yazın

Back to top button