Dünya

Bayden bu ştatlarda üstünlük qazandı

ABŞ prezident seçkilərində Donald Trampın rəqibi Co Bayden, Pensilvaniya ştatında 27 mindən çox səs çox qazanmaqla əhəmiyyətli üstünlük əldə edib.

Demokratların namizədi, həlledici dörd ştatda irəlidədir və qələbə üçün ona 17 səs tələb olunur. Onun respublikaçı rəqibinin 56 səsə ehtiyacı var.
Co Bayden deyib ki, prezident seçkilərində qalib gələcəyinə şübhə etmir. Hərçənd ki, o səslərin sayılmasını gözləyəcəyini vurğulayır.
Donald Tramp, bəzi yerlərdə öz liderliyinin “möcüzəvi şəkildə” yoxa çıxdığını deyərək, məhkəmə iddiaları ilə hədələyir. Bundan əvvəl Tramp kampaniyası əsas ştatlar olan Wisconsin, Georgia, Pennsylvania və Michigan-dakı səs sayımlarından narazı olduğunu deyib.
Koronavirus pandemiyasına görə, poçtla daxil olan rekord sayda səslərin sayılması hələ də davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button