Dünya

Çexiyanın sabiq prezidenti maskaya görə cərimələnib

Çexiyanın keçmiş prezidenti Vaslav Klaus koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən maska taxmaq rejimini pozduğu üçün 3 min kron (115 ABŞ dolları) cərimələnib.

Məlumatı dekabrın 8-də Çexiya televiziyası yayıb.

Bildirilib ki, noyabrın 17-də paytaxt Praqada keçirilən “Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində V.Klaus polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib. Faktla bağlı protokol tətbiq olunaraq koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarət edən Praqa Sanitar-epidemioloji stansiyasına göndərilib.

Sabiq prezident ilə yanaşı Çexiyanın keçmiş səhiyyə naziri Roman Prımula və baş nazir Andrey Babişin başçılıq etdiyi Narazı Vətəndaşlar Aksiyası siyasi hərəkatının sədr müavini Yaroslav Faltınek də 3 min kron məbləğində cərimələniblər.

Qeyd edək ki, Çexiyanın ikinci prezidenti Vaslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.

Related Articles

Bir cavab yazın

Back to top button