İran

Zənganda koronavirusla bağlı gərginlik davam edir

“Ölkənin müxtəlif şəhərlərində koronavirusla bağlı vəziyyət Sağlıq və Tibbi Təhsil Vəzirliyi tərəfindən bəlli edilən göstəricilərə əsasən qiymətləndirilir. Buna görə, hazırda Zəngan, Əbhər və Xorrəmdərə şəhərlərində qırmızı, başqa şəhərlərdə isə narıncı və ya sarı vəziyyət elan edilib”. Bu sözləri Zəngan Tibb Elmləri və Sağlıq Xidmətləri Danişqahının müavini doktor Məhəmmədrza Saini deyib. O, açıqlamasında koronavirusun soyuqdəymədən 9 dəfə daha güclü olduğunu vurğulayıb. Danişqah rəsmisinin sözlərinə görə, sağlıq orqanlarının ixtarlarına rəğmən zənganlılar bu uyarılara ciddi əhəmiyyət vermirlər.
O, açıqlamasında yaxın 2 həftədə Zəngan ustanında COVİD-19 mərizlərinin sayının daha da artacağını bildirib. Buna səbəb isə təkcə bu ustanla deyil, həm də ölkə üzrə səfərlərin edilməsidir.
Məhəmmədrza Saini əlavə edib ki, hazırda ustan əhalisinin yüzdə 65-i maskdan istifadə edir. Halbuki, bu göstəricinin yüzdə 90-dan çox olması daha təsirlidir. Bu mənada payızda soyuqdəymənin daha da yayılması riskinin nəzərə alınması mütləqdir.

Related Articles

Bir cavab yazın

Back to top button