Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranın ayrıseçkilik siyasəti

İranda hökumət sistemi ədalətsizlik üzərində qurulub. İranın idarəçilik sistemində əsasən fars etnik qrupu üstünlük təşkil edir. 1357- ci il inqilabından sonra bu məsələyə dini baxışlar da əlavə olunub. Ölkənin bütün sahələrində ədalətsiz sistemin əksini rahatlıqla görmək olar. Son illərdə özəlliklə Azərbaycan bölgələrində iqtisadi durum çətinləşib. Bölgənin gəlişdirilməsi ilə bağlı bütün imkanlar türklərin əlindən alınır. Mədənlərin böyük qismi Güney Azərbaycan bölgələrində yerləşir. Ancaq xam şəkildə çıxarılaraq yüzlərcə kilometr uzaqlara aparılır. Nəticədə Azərbaycanda işsizlik və yoxsulluq daha da artır. Azərbaycandan mərkəzə doğru ciddi bir köç başlayıb. 1400-cü il büdcəsinə nəzər yetirdikdə bunun dövlətin siyasəti olduğunu anlamaq olar. Belə ki, təkcə Fars və Rəzəvi Xurasan ustanlarına verilən büdcə 6 Azərbaycan ustanına verilən büdcədən daha çoxdur. Bu duruma bütün türk şəhərlərində rast gəlmək olar. Məsələn, Məşhədə 9000 milyard tümən umran büdcəsi ayrılıb. Təbrizin umran büdcəsi isə sadəcə 1000 milyard tüməndir. Təbrizin büdcəsi İsfahanla müqayisədə 4, Şirazla 3.5, cəmiyəti az olan Qumla müqayisədə isə 2.5 dəfə azdır.
Bu ədalətsiz sistem təkcə Azərbaycana qarşı yox, bütün qeyr-farslara qarşı tətbiq olunur. Bildirək ki, İranı nəft və qazla Əhvaz bölgəsi təmin edir. İsfahanda tək bir damcı belə nəft yoxdur. Ancaq İranın ən böyük petroşimi təsisləri İsfahanda yerləşir. Yeraltı qaynaqların olmamasına rəğmən bir çox fabrikalar mədənlərdən uzaq fars bölgələrindədir.
Bu sərvətlərin əsl sahibi Azərbaycan isə fəlakətlə üzləşir. Belə ki, milyard dolarlıq mis mədəni olan Qaradağın düzgün bir yolu belə yoxdur. Bu yollarda tez-tez trafik olayları qeydə alınır. İran uzun illərdir bu istismar siyasətini davam etdirir. Azərbaycan millətinə qarşı basqı kəmpeyni aparılır. Bu yolla İran onların azadlıq istəklərinin qarşısını almağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button