İqtisadiyyat

Özbəklər bu il banklara keçən illə müqayisədə daha çox xarici valyuta satıblar

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistan vətəndaşları banklara 3.7 milyard dollar məbləğində xarici valyuta satıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25% və ya 744 milyon dollar çoxdur.

Bu barədə Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda bildirilir ki, eyni zamanda, fiziki şəxslər tərəfindən xarici valyuta alış həcmləri 3,3 milyard dollar təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Həmçinin, bu vəsaitlərin əsas hissəsi (79 %) valyuta mübadilə məntəqələri vasitəsi ilə nağd şəkildə alınıb, alternativ metodların (onlayn konvertasiya, avtomatlaşdırılmış mübadilə bankomatları) payı 21% və ya 687 milyon dollar təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button