Dünyaİran

İsrail İrana qarşı ciddi addımlar atacaq

Bennet: İsrail atom İranına qarşı lazım olan bütün addımları atacaq

İsrailin baş vəziri Naftali Bennet illik keçirilən “Atom İranına qarşı İttifaq” adlı konfransın “online” keçirilən toplantısında çıxışı zamanı bu ölkənin atom bombası əldə etməsinin yol aça biləcək arzuolunmaz nəticələrlə bağlı uyarıb.

O, İranın atom silahına yiyələnəcəyi halda Türkiyə, Misir, Ərəbistan və ümumilikdə bütün Yaxın Şərq ölkələrinin bu silahı əldə edəcəyini deyib.

Bennetin sözlərinə görə, Yaxın Şərq ölkələrinin atom silahı ilə silahlanması isə öz növbəsində dünyada sülhə təhdiddir.

İsrailin baş vəziri, habelə Tehranın dünya birliyi və ölkəsinə qarşı yaratdığı təhdidlərdən söz açaraq yorulmayacaqlarını və İsrailin varlığını qorumaq üçün lazım olan bütün tədbirlərin görəcəklərini deyib.

Bennet sonda dünya birliyini İrana qarşı vahid cəbhə yaratmağa və onu gücləndirməyə çağırıb.

Bennetin bu sözləri Qlazqoda baş tutan iqlim dəyişikliyi ilə bağlı konfransdakı iştirakı və orada keçirdiyi görüşlərdən bir gün sonra bəyan etməsi diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button