Azərbaycan

Təbrizdə məktəblər bağlandı-Son zəlzələdən sonra bir sıra məktəb binalarında çatlar əmələ gəlib

Yanvarın 24-də Təbriz və şəhərətrafı yaşayış bölgələrində bütün məktəblərdə dərslər dayandırılıb.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Fövqəladə Komitəsi məlumat yayıb.

Məktəblərin bağlanması bir gün öncə baş vermiş yeraltı təkanlarla bağlıdır

Xatırladaq ki, yanvarın 23-də Təbrizdə 4.4 və 3.5 bal gücündə zəlzələ baş verib.

Böhran İdarəetmə Fövqəladə Komitəsinin elanınında qeyd olunmasa da bu, dəsrlərin dayandırılması bir sıra məktəblərin, xüsusilə şəhərətrafı təhsil ocaqlarının zəlzələyə qarşı dayanıqlılığının şübhə altında olması ilə əlaqədardır.

Baş evrən son yeraltı təkanlar zamanı cidid dağıntı qeydə alınmayıb.

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər ehtimal edilən dağıntılar barədə hər hansı məlumatın daxil olmadığını deyib.

O, Qızılaypara Cəmiyyəti, Təcili Yardım və Böhran İdarəetmə Mərkəzlərinin əməkdaşlarının zəlzələ baş verən bölgəyə göndərildiyini bildirib.

Lakin sosial media fəallarının verdiyi məlumatda isə qeyd olunur ki,  zəlzələ baş verdikdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib və əhali evlərini tərk edib.

Bundan öncə dekabrın sonunda Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər Təbrizdə baş verə biləcək zəlzələnin dəhşətli faciəyə səbəb olacağı barədə xəbərdarlıq edib.

O, Təbriz əhalisinin dörddə birinin dayanıqsız şəhərətraflı bölgələrdə yaşadığını vurğulayıb və təcili olaraq şəhərsalma ilə bağlı tədbirlər görülməsinin vacib olduğunu deyib.

Təbrizin bələdiyyə başçısı Abbas Rəncbər isə hal-hazırda Təbrizdə ən azı 100 min qəzalı və dayanıqsız evin olduğunu, bu evlərin təbii fəlakətlər qarşısında ciddi risk daşıdıqlarını bildirib.

Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsin, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.

Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.

Related Articles

Bir cavab yazın

Back to top button