Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Kopenhagendə (Danimarka) Avropa liderləri ilə görüşəcək.

“ANT”nin “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.

V.Zelenski həmçinin bu gün təxminən 50 dövlət və hökumət başçısının, eləcə də Avropa İttifaqı liderlərinin iştirak edəcəyi Avropa Siyasi Birliyi qarşısında çıxış edəcək.

O, daha sonra Danimarkanın Baş naziri ilə birgə mətbuat konfransı keçirəcək və burada Avropa siyasətçiləri ilə görüşün nəticələri barədə məlumat verəcək.

Related Articles

Bir cavab yazın

Back to top button