Dünya

Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səfəri qadağan edilib

Səudiyyə Ərəbistanı öz vətəndaşlarının İrana səfər etməsinə qadağa qoyub. Bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Vəzirliyinin yaydığı açıqlamada bildirilib. Bilgilərə görə, koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün ölkə vətəndaşlarının 12 ölkəyə səfər etməsi qadağandır. Həmin ölkələrə İran, Lübnan, Suriya, Yəmən, Libi, Türkiyə, Ermənistan, Əfqanıstan, Somali, Konqo Demokratik Cümhuriyəti, Venesuela və Belarus daxildir.
Koronavirus böhranının adı çəkilən ölkələrdə hələ də kontrol altına alınmadığı vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button