Dünya

İraqda Amerika hərbçilərinin yerləşdiyi baza atəşə tutulub

İraqın paytaxtı Bağdadın quzeyində Salah-ed-Din əyalətində Amerika nizamilərinin yerləşdiyi payqah atəşə tutulub. Belə ki, “Balyad” nizami payqahına 7 “Katyuşa” raketi atılıb. Raketlərdən 2-nin payqah ərazisinə düşdüyü, başqalarının isə payqahın yaxınlığında partladığı bildirilib. İtki və dağıntının olmadığı qeyd edilib. Raketlərin Şərqi Diyala əyalətinə yaxın bir kənddən atıldığı deyilir.
Qeyd edək ki, marsın 3-də eyn əl-Əsəd nizami payqahına 10 raket atılıb. Olay nəticəsində bir amerikalı peymankar ürək tutmasında həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button