İran

İranda ətlik heyvan qıtlığı var

“İranda kifayət qədər ətlik heyvan olmadığı üçün ət bahalaşıb”, – deyə Həmkarlar İttifaqının sədri bildirib.

İranın Statistika Mərkəzinin yeni hesabatına əsasən, 2022-ci illə müqayisədə cari ildə ölkədə ət istehsalı 29% azalıb.

Qoyun əti İstehsalçıları Birliyinin sədri Əli Əsgər Maliki İranda bir neçə gündür ətin qiymətinin artması ilə bağlı deyib: “Bu məhsulun idxalını artırmaqla qiymət artımı prosesini dayandırmaq olar. İranda yetərincə ətlik heyvan yoxdur, ona görə də ətin qiyməti qalxıb”.

Qeyd edək ki, İran hakimiyyətinin nümayəndələri ətin qiymətinin ucuzlaşdığını dəfələrlə bəyan ediblər.

Mütəxəssislərin fikrincə, İranda bir neçə ildir ki, ətlik heyvanların bəslənməsi və çoxaldılması üçün vəsait çatışmazlığı və qiymətlərin artması səbəbindən ət istehsalı azalıb. Ona görə, hətta toyuq əti də bahalaşıb.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button