Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Rusiyanın raket təlimi Almaniyanı narahat edib

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyadakı hərbi təlim zamanı Almaniyadakı ABŞ-ın “Ramstein” Hava Bazasında ballistik raket hücumunu göstərən həyəcan siqnalı verilib.   Bu barədə CNN televiziyası adını vermədiyi hərbi mənbələrə istinadən xəbər yayıb.   Məlumata görə, ballistik raket hücumu xəbərdarlığı ABŞ kəşfiyyat peykləri Oxot dənizindəki Rusiya sualtı qayığının dörd raket atdığını aşkar etdikdən sonra işə düşüb və ləğv olunana qədər bir neçə dəqiqə ərzində “qeyri-müəyyənlik və narahatlığa səbəb olub”.   Mənbələr, həmçinin ABŞ strateji idarəetmə mərkəzinin raketlərin təhlükə yaratmadığını tez bir zamanda təyin etdiyini, bu səbəbdən həyəcan siqnalının niyə işlədiyini başa düşmədiklərini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button