Azərbaycanİran

Ucanda tarixi qala məhv olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Ucan (Bostanabad) şəhəri yaxınlığında yerləşən tarixi abidə yox olmaq üzrədir.

Bu barədə yerli mədəni fəallar məlumat yayıblar.

Bildirilib ki, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində tarixi qalanın qalıqları da baxımsızlıq və tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları nəticəsində məhv edilir.

Tikintisinə Səlcuqlar dövründə başlanılan və Elxanlı sülaləsinin sultanı Qazan xan dövründə yenidən qurulan Ucan qalasının bərpası və qorunması üçün 2013-cü ildə təşəbbüs göstərilməsinə baxmayaraq, vəsait ayrılmadığı üçün bu, baş tutmayıb və işlər yarımçıq buraxılıb.

Bundan əvvəl, 2023-cü ildə də abidənin yendən qurulması və qorunması ilə bağlı əlaqədar dövlət qurumlarına müraciət edilsə və məsələ gündəmə gətirilsə də, bu günə kimi heç bir tədbir görülməyib.

Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button