Azərbaycan

Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

Bu barədə DİN və ANAMA məlumat yayıb. Məlumatda bildirilir ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Faktla bağlı araşdırma aparılır.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, – deyə məlumatda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button