İran

ETTELAAT rejimə müxalif “Tondər” qrupunun ikinci şəxsinin həbs edildiyini bildirib

İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) rejimə müxalif olan “Tondər” qrupunun ikinci şəxsinin həbs olunduğu barədə məlumat yayıb.

Bəyanatda adı “Mastamus” kimi qeyd olunan saxlanılan şəxs barəsində əlavə məlumat verilmir. Yalnız onun bir ay öncə keçirilən əməliyyat nəticəsində həbs olunduğu bildirilir.

Bundan öncə 1 avqust 202-ci ildə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi “Tondər” qrupunun birinci şəxsi, Şiraz şəhərinin məscidlərindən birində bomba partlatmaqda ittiham olunan Cəmşid Şarməhdin Dubayda həbs olunaraq İrana gətirildiyi barədə bildiriş yaymışdı.

Müxalif və müstəqil media orqanları Cəmşid Şarməhdə qarşı irəli sürülən ittihamı qondarma adlandırıb, onun Dubaydan oğurlanaraq ölkəyə aparıldığını yazmışdılar.

Onlar bunu İran hökumətinin iki vətəndaşlığı olan şəxsləri həbs edərək Qərb ölkələri ilə danışıqlarda imtiyazlar aldə etmək üçün etdiyini, günahsız insanlara “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “casusluq” ittihamı ilə ağır cəzalar verdiyini bildirirlər.

Qeyd edək ki, “Tondər” qrupu İranda şahlıq üsul idarəsinin qurulmasını istəyən və 2001-ci ildən siyasi fəaliyyətə başlayan müxalif təşkilatlardan biridir.

Related Articles

Bir cavab yazın

Back to top button