İran

İranda ərzaq böhranı müşahidə olunur

Əsas malların təminatının çətinləşməsi və qiymətlərin artması ilə eyni vaxtda İranda Qida Təhlükəsizliyi Ali Şurasının yaradılması təklif edilib

Bu barədə təklifi kənd təsərrüfatı naziri Əli Nikbəxt irəli sürüb.

“Ali Qida Təhlükəsizliyi Şurasının yaradılmasında məqsəd ölkəni ehtiyac duyulan hər cür heyvan yemi və ərzaq məhsulları ilə təmin etmək üçün zəruri planlamanın hazırlanmasıdır”, – deyə nazir bildirib.

Bununla yanaşı, İran Statistika Mərkəzi son bir ildə qiyməti ən çox artan qida malları ilə bağlı yeni məlumat yayıb.
Bildirilib ki, son bir il ərzində İranda qoyun əti 149%, balıq konservi 108% bahalaşıb.

Eyni zamanda başqa ərzaq mallarının qiymətinin ortalama 20% artdığı da qeyd edilib.

Qeyd edək ki, İran pulunun dəyərdən düşməsi, valyuta ehtiyatlarının azalması və digər problemlər ucbatından əsas malların tədarükü çətinləşib.

Related Articles

Bir cavab yazın

Back to top button