Azərbaycan

Qəzvində narazı müəllimlər həbs edilib

Bu barədə Müəllimlər Birliyinin Koordinasiya Şurasının teleqram kanalı məlumat yayıb.

Müəllimlər İttifaqının Koordinasiya Şurasının teleqram kanalının yaydığı məlumata görə, iyulun 16-da Qəzvində keçirilən etiraz aksiyasında 10 azərbaycanlı müəllim həbs edilib.

Məlumatda İranın onlarla şəhərində keçirilən etiraz aksiyalarında 100-dən çox müəllimin həbs edildiyi bildirilir.

Qeyd edək ki, iyunun 16-da əsas şüarların “siyasi müəllimlərə azadlıq”, “müəllimin yeri zindan deyil” olduğu aksiyalar bir sıra şəhərlərdə polis və xüsusi təyinatlı qüvvələrin şiddətli müdaxiləsi ilə qarşılaşıb.

Kütləvi aksiyalardan sonra Müəllimlər Birliyinin Koordinasiya Şurası bəyanat yayaraq məhbus müəllimlərin azadlığa buraxılması, müəllimlərin təsnifatlandırılması qanununun tam icrası istəyi ilə yeni aksiyalar keçirəcəklərini bildiriblər.

Bəyanatda İran hökumətinin güc yolu ilə onları susdura, hüquqlarını bundan artıq tapdalaya bilməyəcəyi  barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button