İran

Şəhindoxt Molaverdi iki illik həbs cəzası aldı

İran prezidentinin Qadın və Ailə İşləri üzrə keçmiş müavini Şəhindoxt Molaverdi 2 il həbs cəzasına məhkum edilib. Hökm mehr ayında Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən Əbulqasim Sələvatinin rəhbərliyi ilə verilib. Şəhindoxt Molaverdiyə qarşı “Ölkənin güvənliyini pozmaq niyyəti ilə ölkə məsulları adı altında bilgi vermək”, “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat” ittihamları irəli sürülüb. O, vəzifədə olduğu dönəmdə Birləşmiş Millətlər Təşkilatı ilə cəmiyyətin kontrolu barəsində anlaşma imzaladığına görə günahlandırılıb. YUNESKO-nun 2030 saylı sənədini müdafiə etdiyinə görə isə muhafəzakarlar tərəfindən basqıya məruz qalıb. Bildirək ki, həmin sənəd qadın və kişilərin bərabər təhsil hüququnu tanıyır və müdafiə edir. Molaverdi məcburi İslami Hicabla bağlı da tənqidi fikirlər səsləndirib. Radikallar tərəfindən ağır basqılara məruz qalan Molaverdi 1397-ci ildə vəzifəsindən istefa verib. Məlumata görə, o, İnqilab məhkəməsində verilən zindan hökmünə etiraz edib. İran məhkəmələrinin onun etirazına bir daha baxacaqları bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button