İran

Mehdi Səlimi müvəqqəti azadlığa buraxıldı

Mehdi Səlimi Evin Zindanında 41 gün tutuqlu saxlanıldıqdan sonra murdadın 27-də vəsiqə zəmanəti ilə müvəqqəti azadlığa buraxılıb. Bu barədə onun qardaşı Calal Səlimi öz instaqram səhifəsində paylaşım edib. Bildirilib ki, məhkəmə keçirilənədək 500 milyon tümənlik vəsiqə zəmanəti qoyulub. Qeyd edək ki, Mehdi Səlimi fəlsəfi və ədəbi əsərlərin tərcüməçisi, habelə araşdırmaçıdır. Xatırladaq ki, o, tirin 17-si Əhər şəhristanındakı ata evində əmniyyət məmurları tərəfindən tutuqlanaraq Təbrizə aparılıb. Oradan da uçaq ilə Tehranın Evin Zinadanına köçürülüb. Məlumata görə, o “əhalini fəsad və fəhşaya təşviq etmə”, “nizama qarşı təbliğ fəaliyyəti”, “nizama qarşı toplaşma və əlbir olma” və “müqəddəsata tohin” ittihamı ilə həbs olunub. Bildirək ki, bu məbləğdən əvvəl Səliminin pərvəndəsinə baxan müstəntiq şöbəsi 1 milyard 200 milyon tümənlik vəsiqə zəmanəti qoyulması ilə bağlı qərar çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button