
“Məcburi hicab bəhanəsilə Məhsa Əmininin öldürülməsindən sonra baş verən geniş etirazlardan sonra gördüklərimiz SEPAH-ın davranışını ehtiva edir”, – deyə, nazir bildirib.
Onun sözlərinə görə, SEPAH-ın terror qruplaşması siyahısına salınması üçün qanun layihəsi cümə axşamı səsverməyə çıxarılacaq və parlament nümayəndələrin əksəriyyəti lehinə səs verərsə, o, hökumət üçün qanuna çevriləcək.