AzərbaycanDünyaİran

Güneyli Pərisa Təbriz “Google” şirkətinin önəmli fiqurlarından biridir

“Google” tərəfindən “Təhlükəsizlik Kraliçası” adlandırılan güney azərbaycanlı Pərisa Təbriz şirkətin ən önəmli fiqurlarından biri hesab olunur.

​​
Onun və komandasının əməyi nəticəsində 1 milyardan çox “Google Chrome” istifadəçisinin təhlükəsizliklə çətinlikləri olmur.

Pərisa Təbriz Çikaqo şəhərində boya-başa çatıb. Atası Güney Azərbaycandan olan təbrizli həkim, anası isə polşalı tibb bacısıdır. O, kibertəhlükəsizlik üzrə mütəxəssis olaraq çalışır. 31 yaşlı Pərisa Silikon Vadisi (Silicon Valley) və texnologiya dünyasının qeyri-adi fenomenidir.

Pərisa Təbrizin təsdiqi olmadan “Google” şirkəti təhlükəsizlik sektoruna heç bir yeni mühəndis cəlb etmir. “Forbes” jurnalı 2012-ci ildə onun adını dünya üzrə ”yaşı 30-dan aşağı olan 30 ən yüksək səviyyəli mütəxəssis” siyahısına salıb.

Həmçinin “Uayrd” (Wired) jurnalı 2017-ci ildə onu texnologiya ilə məşğul olan ən qabaqcıl 20 nəfər sırasında yerləşdirib. Habelə ticarət üzrə “Fortune” jurnalı 2018-ci ildə Pərisa xanımı dünya üzrə gənclərə nümunə olan “yaşı 40-dan az olan ən yaxşı 40 texnologiya mütəxəssisi” siyahısına da salıb.

Related Articles

Bir cavab yazın

Back to top button