Azərbaycanİran

Təbrizdə içməli suyun verilməsi dayandırılıb

Avqustun 1-dən başlayaraq Təbrizin bir çox bölgələrində içməli suların verilməsi dayandırılıb. Hazırda şəhərin 24 məhəlləsində içməli su yoxdur.

“Bu, Su və Kanalizasiya Şirkətinin təbrizlilərin əsəbləri ilə oynamasıdır. Neçə gündür davam edən su qıtlığı  əhalini çətin vəziyyətə salıb”,- Təbrizin “Azərəncümən” saytı belə yazıb.

Yerli fəallar və internet istifadəçiləri problemlə bağlı çoxsaylı paylaşımlar edərək, bu vasitə ilə hakimiyyətin vətəndaşları etiraz aksiyalarına çıxmağa sövq etdiyini bildiriblər.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı,  başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Related Articles

Bir cavab yazın

Back to top button