Dünya

İran və Türkiyə arasında 21 məhbusun mübadiləsi həyata keçirilib

Bazərqan mərzində İran və Türkiyə arasında 21 məhbusun mübadiləsi həyata keçirilib. Bu barədə İran Daadqustəri vəzirinin müavini Seyid Kamal Abdullahi açıqlama verib. Mübadilə nəticəsində Türkiyə həbsxanalarında saxlanılan 15 iranlı məhkum İranın Ədliyyə Vəzirliyi, Qəzaiyyə Qüvvəsi və Xarici İşlər Vəzirliyinin çabası ilə ölkəyə gətirilib. Məhkumlardan ikisinin qadın olduğu bildirilib.
Türkiyənin 6 məhkum vətəndaşının da ölkələrinə təhvil verildiyi açıqlanıb. Seyid Kamal Abdullahi həmin şəxslərin uyuşdurucu qaçaqmalçılığı ilə ittiham edildiklərini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button