İran

“Beynəlxalq Əfv Təşkilatı” saxlanılan etirazçılarla bağlı narahatlığını bildirib

Beynəlxalq Əfv Təşkilatı son etirazlar zamanı Ərdəbil və başqa Güney Azərbaycan şəhərlərində Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtuza Pərvin, Məhəmməd Colani, Meysəm Colani və Əli Xeyrcu və təxminən 20 nəfərin həbs edilməsi ilə bağlı yayılan məlumatlara görə narahatlığını ifadə edib. Qeyd edək ki, güney azərbaycanlı etirazçılar Qarabağın azadlığı üçün aparılan döyüşlərdə Azərbaycan Ordusuna dəstək göstərdikləri üçün həbs ediliblər.
Oktobrın 1-də güney azərbaycanlılar Tehran, Təbriz, Urmu, Ərdəbil, Meşkinşəhr, Parsabad və Zənganda etiraz aksiyaları keçiriblər.
Aksiyalar zamanı tutulanların dəqiq sayı məlum deyil. Amma bəzi xəbər ajanslarının dediklərinə əsasən, indiyədək 70-dən çox milli fəal həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button