Site icon Aznews TV

10 aylıq Piruz adlı çita bu gün səhər saatlarında böyrək çatışmazlığından xəstəxanada vəfat edib

Xəstəxananın sədri Əmir Moradi Piruzun vəfatından təəssüfləndiyini bildirib və qeyd edib ki, baytarlar çitanı xilas etmək üçün əllərindən gələni ediblər, lakin, təəssüf ki, o, sağ qala bilməyib.

Qeyd edək ki, 2022-ci il mayın 1-də “Turan” milli parkında İran adlı dişi çita 3 bala dünyaya gətirib, onlardan ikisi ölüb, yalnız erkək Piruz sağ qalıb. Piruz doğulduqdan sonra Pərdisan parkında yaşamağa başlayıb.
Çita İranda yaşayan ən qiymətli heyvan növlərindən biridir. Bu növ canlılar nəsli kəsilmək təhlükəsi altındadır.

Exit mobile version