İqtisadiyyatİran

İranda geyim qiymətləri yüzdə 30 artdı

İranda geyim qiymətləri yüzdə 30 artıb.

Aznews.tv xəbər verir ki, bu sözləri Geyim İstehsalatı və İxracat Birliyi İdarə Heyətinin üzvü Məcid Nami deyib. O, geyim sahəsində xammal təchizatı ilə bağlı problemlərin hələ həll edilmədiyini bildirib:

“Bazarda geyimlərin bahalaşması xammal qiymətlərinin artması ilə əlaqədardır. Geyimə heç vaxt qiymət verilməyib. Ancaq son aylarda qiymətlərin keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% artdığını müşahidə edirik. Geyim istehsalı üçün xammal təchizatı ilə bağlı yeni problemlər var. Bu yaxınlarda elan edilib ki, xammal almaq üçün şəxslər Nima sistemindən istifadə edilsin. Bu da xammalın qiymətini artmasına səbəb oldu”, – deyə, Nami bildirib.

Qeyd edək ki, daha öncələr geyim istehsalçıları bu məhsullara Nima sistemində valyutaya yer verilmədiyi üçün geyim sənayesində xammal qıtlığından şikayətlənirdilər.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button