Site icon Aznews TV

15 ölkədə İran hökumətinə qarşı aksiyalar keçirilib

Xaricdə yaşayan iranlı mühacirlər yanvarın 20-dən başlayaraq 15 ölkənin 43 şəhərində “edama yox” şüarı altında aksiyalara başlayıblar.

Aksiyalar 100 siyasi və ictimai təşkilatın çağırışı və təşəbbüsü ilə başlayıb və Tehran hakimiyyətinin həbsxanalarda törətdiyi cinayətlərə diqqət çəkmək məqsədi daşıyır.

Bu, son günlər həbsxanalarda olan 12 siyasi məhbus barədə edam hökmünün çıxarılmasından sonraya təsadüf edir.

Etirazçılar İran hakimiyyətini siyasi və ictimai fəallıq göstərən müxalifləri saxta ittihamlarla aradan götürdüyünü, bu vasitə ilə narazıların susdurmağa çalışdığını bildirirlər.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Bu, 2022-ci illə müqayisədə 33% çoxdur.

Məhkumlardan 7-i şəhərlərdə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

Exit mobile version