BölgəCəmiyyət

19,7 milyonadək yəmənli səhiyyə xidmlərindən məhrumdur

Aznews.tv Anadolu Agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Yəməndə 19,7 milyonadək insanın ilkin tibbi və müalicə xidmətlərindən məhrum olduğunu açıqlayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Yəməndəki ofisi Twitter hesabında yazıb: Yəməndə 19,7 milyonadək insan ilkin tibbi və müalicə xidmətlərindən məhrumdur.

Məlumata görə, müharibədən sonra Yəməndə səhiyyə ocaqlarının bağlanması ilə əlaqədar səhiyyə və müalicə xidmətləri göstərilmir və ölkədə yoluxucu xəstəliklər və qidasizlıq səbəbiylə ölüm halları artıb.

Qeyd edək ki, 26 mart 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya, 2014-cü ilin sentyabrında Yəmənin paytaxtı Sənaa və ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçirən husilərə qarşı mübarizə aparmaq məqsədilə “Qətiyyətli fırtına” adlı əməliyyata başlayıb.

BMT-nin məlumatlarına əsasən, 2016-cı ilin əvvəlindən bu ilin iyun ayınadək Yəməndə 30 döyüş cəbhəsində 70 min nəfər həlak olub.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close