Site icon Aznews TV

2 Naxçıvan sakini Azərbaycan bayrağına görə İranda həbs olunublar

İranla sərhədlər bağlandıqdan sonra onlar alternativ keçid yolu axtarıblar və Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər.

Martın 18-də Doğu Bəyazitdən İrana keçən bu şəxslər Təbrizə yollanıblar. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda ailələrinə zəng etməyi bacaran vətəndaşlar Təbrizdə həbs olunduqlarını və zindanda saxlanıldıqlarını bildiriblər.

Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağını yapışdırdıqları və bu səbəbdən İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.

Exit mobile version