Cəmiyyətİran

20 gün təknəfərlik kamerada…

Etirazlardan sonra minlərlə azərbaycanlı həbs olunub ki, bunların arasında Azərbaycanın bir sıra tanınmış milli-mədəni fəalları da var.

İndiyədək onlardan təkcə 40-a yaxın fəalın adları bəlli olub. İnternetin bir həftə ərzində kəsilməsini, ciddi təhlükəsizlik qaydalrının tətbiq olunduğunu və təzyi göstərildiyini nəzərə alsaq, ETTELAT İdarəsinin nəzarət məntəqələrində saxlanılanların sayını, heç şübhəsiz ki, bu rəqəmdən qat-qat çoxdur.

Həbs edilən Azərbaycan milli-mədəni fəalları əsasən iş yerlərindən və evlərindən məhkəmənin hökmü ilə, əsaslı dəlil olmadan, yalnız etirazlara qoşulmalarının qarşısını almaq üçün etirazların başladığı ilk saatlarda Azərbaycanın müxtəlif yerlərində həbs ediliblər.

Fəalların cinayət və qanunsuz əməl törətməsindən öncə tutulması və onlara qarşı cinayət işinin açılması bəşəriyyət əleyhinə cinayət sayılır.

Bu yaxınlarda Təbrizin ETTELAAT İdarəsinin işgəncə yerlərində bəzi fəallara ağır cismi və ruhi işgəncə edilməsi ilə bağlı nigaran edici xəbərlər də gəlib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close