Site icon Aznews TV

“21 Azər”lə bağlı Urmu və Təbrizdə aksiyalar keçirilib

Hər iki şəhərdə yazılı vərəqələr yayılıb, divarlara və ictimai yerlərə Milli Hökumətin başçısı Mir Cəfər Pişəvərinin posterləri yapışdırılıb.

Vərəqələrdə Azərbaycan Milli Hökumətinin qurulma zərurəti barədə məlumat dərc edilib, posterlərdə Pişəvərinin “Azərbaycan Demokrat Firqəsinin vəzifəsi Azərbaycanın azadlığıdır” sözü yazılıb.

Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub.

Bir il sonra 12 dekabr 1946-cı ildə mərkəzi hökumətin və Pəhləvi hakimiyyətinin xarici müttəfiqlərinin qüvvələrinin hücumu nəticəsində milli hökumət devrilib, minlərlə azərbaycanlı öldürülüb və həbs edilib.

Exit mobile version