Cəmiyyətİran

Səid Minayiyə qarşı yeni ittiham irəli sürülüb

“Milli Düşüncə” teleqram kanalının rəhbəri Səid Minayi Azəriçilər qrupunun şikayəti ilə məhkəməyə çağırılıb.

Bu, milli fəala qarşı Azəriçilər qrupu tərəfindən ikinci basqıdır. Azərbaycan milli fəallarına qarşı ağır həbs və cəza dalğası xəbərindən sonra jurnalist 50 milyon tümənlik vəsiqə qarşılığında hələlik azad edilib.

Azərbaycanlı jurnalist və mədəni fəal, vəkili ilə birlikdə dekabrın 9-da Marağa sorğulama məhkəməsinin birinci şöbəsinə çağırılıb.

Marağa İrşad İslami İdarəsinin senzura şöbəsində işləyən Toğrul Təhmasebi, yalan danışmaq, böhtan atmaq və yaymaq ittihamı ilə “Milli Düşüncə” kanalının rəhbəri Səid Minayidən şikayət edib.

Səid Minayi əleyhinə bundan əvvəl də şikayət olunub. Vaşinqtondakı erməni lobbisinin “Rafik Solixan” və  “Darulmülk Marağa” kitabının müəllifi Əsgər Məhəmmədzadə də şikayət edib. Bu kitab Ermənistan səfirliyinin dəstəyi ilə Azəri qrupu tərəfindən nəşr olunub. Marağanın ikinci məhkəmə şöbəsi, böhtan və təhqir haqqında yalan yayma ittihamını rədd etdiyi üçün fevralın 12-də Marağa məhkəməsinin cinayət şöbəsinə göndərilmişdi.

“Azəriha” adı ilə tanınan qrupun üzvlərindən olan Əsgər Məhəmmədzadənin şikayəti bitmədən, Azəriçi faşist hərəkatı tərəfindən azərbaycanlı milli fəalına qarşı başqa bir iddia qaldırılıb.

Xatırladaq ki, Səid Minayi əvvəllər Azərbaycanın bir çox aktiv teleqram kanallarında yayımlanan “Darülmülk Marağa” kitabına tənqidində “Araz Marağalı” adlı bir yazarın məqaləsini dərc edib.

“Darulmülk Marağa” kitabının müəllifi Əsgər Məhəmmədzadə, İranşəhr düşüncəsinin tərəfdarı və xaricdəki erməni lobbisi ilə sıx təmasda olan İrəvana daima səfər edən Azəriçilər qrupunun fəal üzvüdür. O, bu kitabda Marağa şəhərini erməni şəhəri kimi tanıtdırmaq istəyib. Onun  təqdimatında türklərin  Marağanı ermənilərdən  zorla aldığı qeyd olunub. Bu fikri tənqid edənlər arasında Səid Minayi də var.

Kitab milli fəallarla yanaşı, dini məzhəbçilərin  etirazna  səbəb olub.  Əsər işğalçı Erməni idolojilərini dəstəkləyir. Bu kitaba Ruhani dövlətinin Pan-irançi azlıqları da açıq-aydın dəstək verir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close