BölgəDünya

24 saatda 800-dən çox qaçqın Suriyaya qayıdıb

800-dən çox qaçqın 24 saat ərzində Suriyaya qayıdıb.

Bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi Feysbuk səhifəsində yer alıb.

Məlumata görə, qaçqınların 200-dən çoxu Livandan, 600-ə yaxın qaçqın isə İordaniyadan gəlib:

“Həmçinin Suriya Silahlı Qüvvələrinin mühəndis bölmələri Dəməşq əyaləti, Jasim və El Harra (Deraa əyaləti) yaşayış məntəqələrindəki ərazi və əşyaları təmizləmək tapşırıqlarını yerinə yetiriblər. Gündə 1,9 hektar ərazi təmizlənib, 27 partlayıcı obyekt aşkar edilərək məhv edilib”.

Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşması üzərində qələbə elan edildi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close