İranSağlıq & Yaşam

Qida və Dərman İdarəsinin rəisi dərman şirkətlərinin problemlərindən danışdı

Bank sanksiyaları və valyutanın təmin olunması ilə əlaqədar nağd alış-veriş etməyə məcburuq.

Bu sözləri İranın Qida və Dərman İdarəsinin rəisi Məhəmmədrza Şanesaz ölkədə dərman hazırlayan şirkətlərin sanksiya edilməsindən danışarkən deyib. O, açıqlaması zamanı dərman evlərinin nağd problemlərindən bəhs edib, şirkətlərin iqtisadi duruunun olduqca pis olduğunu vurğulayıb:

“Dərman nəqliyyatı və pul vəsaitinin təmini problemi ilə qarşılaşdığımız üçün dərman hazırlayan şirkətlər malları nağd almağa məcburdurlar. Bizim öncəki aliş-verişlərimiz faynans şəklində idi. Ödənişin bir bölümünü ödəniş edəndən sonra 6 ay içində qalan 80 faizinin ödəməsinə imkanımız var idi. Dərman şirkətləri təmin və ödənişetmə məsələsi ilə bağlı çətinliklə üzləşiblər. Şirkətləri xəstəxanaya dərman verməyə məcbur edirik, amma bundan artıq onlara təzyiq göstərə bilmirik. Dərman şirkətləri vacib dərmanları xəstəxanalara çatdırmağı dayandıra bilməzlər”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close