Site icon Aznews TV

43 insan haqları təşkilatı BMT-dən İranla bağlı təcili iclas keçirməyi tələb edib

Beynəlxalq Əfv Təşkilatı və bu bəyanatı imzalayan başqa təşkilatlara görə, bu iclasda hökumət əleyhinə etirazların yatırılması zamanı İran hökumətinin “ən ağır cinayətləri”nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır.

Bəyanatı imzalayanlar, Məhsa Əmininin öldürülməsindən sonra iranlıların ümumölkə etirazlarını vəhşicəsinə yatırmaq üçün İslam Respublikasının hakimiyyət orqanlarının repressiya aparatının səfərbər olunmasından narahatlığını ifadə edib.

Sübutların uşaqlarda daxil olmaqla etirazçılara və dinc əhaliyə qarşı odlu silahlardan atəş açıldığını göstərdiyini qeyd ediblər.

Bəyanatın digər hissəsində 200-dən çox etirazçının, o cümlədən ən azı 23 uşağın öldürülməsi, habelə mindən çox hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin qanunsuz həbsindən bəhs edilir.

Bəyanatı imzalayanların fikrincə, beynəlxalq ictimaiyyət tənqid bəyanatları verməkdən daha çox addım atmasa, saysız-hesabsız kişi, qadın və uşaq öldürüləcək, şikəst ediləcək, işgəncələrə məruz qalacaq və həbs ediləcək.

Bəyanatda əlavə olunur ki, İran hakimiyyəti dəfələrlə BMT baş katibinin, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının, BMT-yə üzv dövlətlərin və BMT Baş Assambleyasının etirazçılara qarşı qeyri-qanuni güc tətbiqinin dayandırılması tələblərinə məhəl qoymayıb.

Exit mobile version