DünyaİranSeçilmiş xəbərlər

50 hektar meşə və otlaq sahəsi yandı

Cümə günü Vərzqanın “Dizmar” meşəsində çıxan yanğın Vərzqan və Xudafərin kənd sakinlərinin, eləcə də Ətraf Mühitin Mühafizəsi əməkdaşlarının köməyi ilə 2 gün sonra söndürülüb.
Aznews tv xəbər verir ki, bu barədə Varzağanın Ətraf Mühitin Mühafizəsi rəhbəri Mirmöhsün Hüseyni Qumi məlumat verib. O, hakimiyyət orqanlarına məlumat verilməsinə baxmayaraq, heç bir orqandan yardım gəlmədiyini bildirib.
Hüseyni Qumi yanğına səbəb olmuş şəxsin tapılaraq məhkəmə orqanlarına gətiriləcəyini vurğulayıb.
Xatırladaq ki, iki gün öncə də Kəleybər şəhərində meşə yanğını səbəbi ilə bir neçə hektar meşə məhv oldu. Hər il Güney Azərbaycanın yüzlərlə hektar böyüklüyündəki milli meşələri yanğın nəticəsində məhv olmasına baxmayaraq hakimiyət tərəfindən bir ədəd belə yanğınsöndürən təyyarə verilmir.

Aznews tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button