Site icon Aznews TV

60 ABŞ konqresmeni təklif etdi: İranın proksi qüvvələri terrorçu elan edilsin

Bu barədə “Washington Freebeacon” nəşri məlumat yayıb.

Bu qanun İranın ən təhlükəli müttəfiqlərindən bəzilərini hədəf alır və Bayden administrasiyasından onları rəsmi olaraq terror təşkilatları siyahısına salmağı tələb edir.

“İran İslam Respublikası uzun müddətdir ki, bütün regionda terror əməliyyatlarını həyata keçirmək üçün proksi qüvvələrdən istifadə edir. Bu həftə İslam Respublikasının İsrailə misli görünməmiş birbaşa  hücumundan əlavə, biz proksi qrupların Amerika qüvvələrinə və Yaxın Şərqdəki digər müttəfiqlərimizə qarşı dəfələrlə hücumlarının şahidi olduq”,- qanun layihəsinin müəlliflərindən olan respublikaçı nümayəndə Greg Stev deyib.

Qeyd edək ki, hazırda İraq, Yəmən və Suriyada fəaliyyət göstərən İranın nəzarətində olan qruplar rəsmi olaraq xarici terror təşkilatları kimi təsnif edilmir və bu onlara Yaxın Şərqdə pul və silah daşıyarkən Tehranın sifarişlərini yerinə yetirməyə imkan verir.

Exit mobile version